• Pakistanın şimal qərbində partlayış
    Pakistanın şimal qərbində partlayış

Pakistanın şimal-qərbində Xeybər Pəxtunxah vilayətində seçki namizədlərindən birinin seçki qərargahında partlayış baş verib, dörd nəfər həyatını itirib.

İRİB-nin verdiyi məlumata görə, bu bomba bu gün cümə səhər saatlarında siyasi-dini "Əməl İttihad Məclisi"nin namizədi Əkrəm Xan Dürraninin təbliğat karvanının hərəkət etdiyi yolda, Bənnu şəhəri yaxınlığında partladılıb. Partlayış nəticəsində 14 nəfərin də yaralandığı bildirilir.

Pakistan polisi bu terror hücumunda əsas hədəfin Əkrəm Xan Dürrani olduğunu, amma, onun bu hadisədə xəsarət almadığını bildirib.

İki gün öncə də Xeybər Pəxtunxah vilayətinin mərkəzi olan Pişavər şəhərində Milli Xalq Partiyasının yığıncağında törədilən terror aktında bu partiyanın namizədi Harun Bəlur həyatını itirmişdi. Bu terror hücumunda ümumilikdə 22 nəfər həyatını itirmiş, 65 nəfər isə  yaralanmışdı.

Jul 13, 2018 17:20 Asia/Baku
Şərhlər