• İŞİD-in əsirliyində olan 3 min yezidinin taleyi naməlum olaraq qalır
    İŞİD-in əsirliyində olan 3 min yezidinin taleyi naməlum olaraq qalır

Yezidi kürdlərinin azad edilməsi ofisinin rəisi İŞİD-in əsirliyində olan 3100 yezidi kürdün taleyi ilə bağlı hansısa məlumatın olmadığını deyib.

İRNA-nın məlumatına görə, Hüseyn Qaidi cümə günü deyib: İndiyə kimi İŞİD-in əsirliyində olan 3312 yezidi kürd azad edilsə də, hələ də 3100 yezidi kürdün taleyi naməlum olaraq qalır.

Hüseyn Qaidi əlavə edib: Bu insanların taleyinə aydınlıq gətirmək üçün İraq hökumətinin əməkdaşlığına ehtiyac var.

İŞİD terror qruplaşması 2014-cü ildə İraqın şimalında yerləşən Səncar şəhərini işğal etdiyi zaman minlərlə yezidi kürdü qətlə yetirmiş və çoxlu sayda qız və qadını əsir almışdı.

Teqlər

Jul 13, 2018 21:50 Asia/Baku
Şərhlər