• Suriya XİN-i ABŞ-ın törətdiyi cinayətin ardınca BMT-yə məktub ünvanlayıb
    Suriya XİN-i ABŞ-ın törətdiyi cinayətin ardınca BMT-yə məktub ünvanlayıb

Suriyanın Xarici İşlər Nazirliyi BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanlanmış məktubda ABŞ-ın başçılıq etdiyi koalisiyanın Bukəmal şəhərində törətdiyi cinayətlə bağlı araşdırmaların aparılmasını istəyib.

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin qırıcı təyyarələri bu gün cümə səhər saatlarında Bukəmal şəhərinin ətrafında yaşayış məntəqələrinə raket zərbələri endirib. Nəticədə 55 nəfərin həyatını itirdiyi bildirilir.

Suriyanın Xarici İşlər Nazilriyi BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda Amerikan koalisiyanın bu çirkin cinayəti  heç bir vəchlə əsaslandıra bilməyəcəyini deyərək, bu hücumun Yuxarı Bağur və Əl-Susə kəndlərinin sakinlərinin Suriya Demokratik Qüvvələri adlı silahlı qruplaşma üzvlərinin kəndlərinə daxil olması ilə müxalifət etmələrinin ardınca həyata keçirildiyini bildirib.

Teqlər

Jul 13, 2018 21:50 Asia/Baku
Şərhlər