• Yəmənli qüvvələrin uğuru: Səud tankları karvanı məhv edildi
    Yəmənli qüvvələrin uğuru: Səud tankları karvanı məhv edildi

Yəmənin ordu və xalq komitələri qüvvələrinin raket və artilleriya bölməsi dünən gecə Ərəbistan tanklarının bir dəstəsini hədəfə alaraq məhv edib.

Yəmənli qüvvələr səud zirehli qrupunu izləyib, aşkar edərək, onları Ərəbistanın cənubunda yerləşən Nəcran şəhərinin Əlsədirs hərbi bazasının qərbində hədəfə alaraq, məhv ediblər.

Bu hücumlarda səud qüvvələrindən bir qrupu öldürülüb və yaralanıbdır.

Belə bir halda, yəmənli qüvvələr Beyza əyalətində bir əməliyyat keçirərək, Qaniyyə məntəqəsində bir qrup səud hərbi və muzdur qüvvəsini məhv ediblər.

Yəmənin ordu və xalq komitələri qüvvələri Səna əyalətində yerləşən doqquzuncu rayonda da Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadinin tabeliyində olan hərbi qüvvələrin Əlriyah və Əliaşat yüksəkliklərindəki əməliyyatını dəf edərək, onların bir qrupunu öldürüb və yaralayıblar.

Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz etdi və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.

Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on dörd mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Teqlər

Jul 14, 2018 07:40 Asia/Baku
Şərhlər