• Fələstin müqaviməti sionist qəsəbələri raket atəşinə tutub
    Fələstin müqaviməti sionist qəsəbələri raket atəşinə tutub

Qəzzə zolağındakı Fələstin müqavimət qüvvələri sionist rejimin bu zolağa qarşı hava hücumlarına cavab olaraq, bu gün səhər tezdən bir neçə sionist qəsəbəni raket hücumları hədəfinə çeviriblər.

Fələstin müqavimət qüvvələri işğal olunmuş ərazilərdə yerləşən Sedirot və Əşkul sionist qəsəbələrinə tərəf bir neçə raket atıblar.

Yerli mənbələr bildiriblər ki, işğal olunmuş Fələstinin cənubunda təhlükə siqnalları səsləndirilib.

Sionist rejim qırıcıları bu gün səhər tezdən Qəzzə zolağının şimalı və mərkəzini raket hücumları hədəfinə çevirmişdilər.

Sionist rejim ötən ilin dekabrından etibarən Qəzzə zolağına qarşı hava hücumlarını bərpa edibdir.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və yaralanıbdır.

Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejim tərəfindən quru, hava və dənizdən mühasirəyə alınıb və bu zolağın sakinləri bir çox problemlə üzləşirlər.

 

Teqlər

Jul 14, 2018 09:26 Asia/Baku
Şərhlər