• Sərhədsiz Həkimlər: Sionist silahları fələstinlilərin sümüklərini üyüdür
    Sərhədsiz Həkimlər: Sionist silahları fələstinlilərin sümüklərini üyüdür

Sərhədsiz Həkimlər Təşkilatı bildirib: İsrail hərbçilərinin yeni silahları Qayıdış Haqqı yürüşündə iştirak edən fələstinlilərə toxunduqda onların sümüyünü pudraya çevirir.

İRNA-nın məlumatına görə, Sərhədsiz Həkimlər Təşkilatı bazar günü bir bəyanatda bildiriblər: Qəzzə zolağında müalicə kadrları sionist rejim hərbçilərinin atəş açması nəticəsində yaralanan çoxlu sayda fələstinlilərin sümüklərinin pudraya çevrilməsi ilə üzləşiblər.

Sərhədsiz Həkimlər Təşkilatı şənbə günü də Beyrutda "Qəzzədə Tibbi və Humanitar Vəziyyətin Araşdırılması" tədbirində "Sümüklərin pudraya çevrilməsi" adlı sənədli filmi yayımlayıb.

Sərhədsiz Həkimlər Təşkilatının Livandakı regional ofisinin icra direktoru Ceyhan Besiso bu barədə deyib: Bu sənədli filmin "Sümüklərin pudraya çevrilməsi" adlandırılması təşkilatın ötən həftələrdə aksiyalarda yaralıları müalicə edən cərrahlardan birinin seçdiyi dəqiq addır.

Sərhədsiz Həkimlər Təşkilatının Livandakı regional ofisinin icra direktoru ötən 12 ildə 2 milyon Qəzzə sakinin mühasirəyə alınmasını dünyada ən böyük üstüaçıq həbsxana adlandırıb və deyib: Qəzzənin tibbi və insani vəziyyətinin ağır olmasında iqtisadi, ictimai və siyasi amillər vardır. Bu bölgədə xəstəxanalar elektrikin davamlı şəkildə kəsilməsi, içməli su və tibbi ləvazimatın çatışmazlığı ilə üzləşiblər. Bu problemlər təşkilatın kadrlarının xidmətlər göstərməsinə mane olur.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qayıdış Haqqı yürüşləri başlandıqdan bəri sionist hərbçilər tərəfindən 150-dən çox fələsintli şəhid edilib və azı 16 min nəfər də yaralanıb.

Sərhədsiz Həkimlər Təşkilatı 2006-cı ildən bəri Qəzzə zolağında beş tibbi mərkəz və 4 cərrahiyyə qrupu yaradıb.

Teqlər

Jul 31, 2018 17:00 Asia/Baku
Şərhlər