• Həbsdə olan fələstinli jurnalistləri himayə aksiyası
    Həbsdə olan fələstinli jurnalistləri himayə aksiyası

Onlarla fələstinli jurnalist İsrail zindanlarında məhbəs həyatı yaşayan əməkdaşları ilə həmrəylik məqsədilə Nablos şəhərində aksiya keçirib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, onlarla fələstinli jurnalist çərşənbə günü jurnalistlər birliyi və məhbusları himayə üzrə milli komissiyanın çağırışı əsasında Nablosda aksiya keçirərək, İsrailin əsiri olan fələstinli jurnalistlərə azadlıq tələb ediblər. 

Aksiya iştirakçıları əllərində əsir jurnalistlərin fotoşəkillərini daşıyıblar. 

Fələstinin İnformasiya Nazirliyinin bir rəsmisinin bildirdiyinə görə, İsrail rejimi üçü qadın olmaqla 24 fələstinli jurnalisti həbs edib. Jurnalistlərin həbs olunmasında məqsəd sionistlərin cinayətlərinin işıqlandırılması və dünyaya çatdırılmasına mane olmaqdır. 

Bu fələstinli rəsmi həmçinin Fələstinin rəsmi informasiya vasitələrindən İsrail tərəfindən repressiya və təzyiqlərə məruz qalan informasiya vasitələrini himayə etmələrini istəyib. 

İsrail hərbçiləri ötən həftələr ərzində bir neçə fələstinli jurnalisti həbs edib. İsrail tərəfindən həbs edilən fələstinli jurnalistlərin vəkilləri saxlanılan jurnalistlərin peşə fəaliyyətləri ilə əlaqədar istintaqa cəlb olunduqlarını bildiriblər. 

Teqlər

Aug 09, 2018 11:28 Asia/Baku
Şərhlər