• Fələstin müqaviməti sionistlərə xitabən: Hücumun cavabı hücumdur
    Fələstin müqaviməti sionistlərə xitabən: Hücumun cavabı hücumdur

Fələstin İslami Müqavimət Hərəkatı Həmas və Fələstin İslami Cihad Hərəkatının Qüds batalyonları cümə axşamı səhər ayrı-ayrılıqda bəyanat yayaraq, sionist düşmən qarşısında özünü müdafiə haqqına təkid ediblər.

İRİB-nin verdiyi məlumata görə, Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds Batalyonları müqavimətin sionist düşmənə savaş qaydalarını dəyişmək icazəsi verməyəcəyini bildirib.

Həmas da bir bəyanat yayaraq, şəhidlərin qanına sədaqət gününün gəlib çatdığını bildirib və müqavimətin sionist düşmən ilə savaş qaydalarını dəyişmək niyyətində olduğunu elan edib.

Həmas və Fələstin İslami Chiad Hərəkatının bəyanatları İsrail qırıcılarının Qəzzəyə olan hücumlarının ardınca verilib.

Teqlər

Aug 09, 2018 17:02 Asia/Baku
Şərhlər