• 
Ənsarullah qətiyyətli reaksiya ilə hədələdi
    Ənsarullah qətiyyətli reaksiya ilə hədələdi

Yəmən Ənsarullah Hərəkatının siyasi bürosu bir bəyanatda Səudiyyə Ərəbistanının yəmənli uşarlara qarşı son qırğınlarını pisləyərək bu cinayətə qətiyyətli cavab veriləcəyini vurğulayıb.

Təcavüzkar Səudiyyə koalissiyası Yəmənin Əl-Hədidə vilayətində balıqçılar vazarına və xəstəxanaya qarşı 60 mülkinin ölümü ilə nəticələnən hücumundan bir həftə sonra dünən Sədə vilayətində Zəhyan bölgəsində məktəbli uşaqları daşıyan bir avtobusa hücum etdi. Bu hücumda 51 nəfər həlak olub, 79 nəfər yaralanıb. 

Ənsarullah Hərəkatının siyasi bürosu bir bəyanatda bildirib ki, Yəmən xalqı bu kimi cinayətlərə qarşı heç vaxt susmayacaq və ona qətiyyətli cavab vermək Yəmənin qanuni və təbii haqqdıdır. 

Ənsarullahın siyasi bürosu Zəhyanda uşaqlar və mülkinin qırğın edilməsinin Səudiyyə koalissiyasının həqiqi məqsəd və niyyətlərini nümayiş etdirdiyini bildirərək xatırladıb ki, bu cinayət bir daha təcavüzkarların bütün hüdudları aşdıqlarını göstərdi. 

Yəmənin qəbiləvi həmrəylik şurası da Səudiyyə-Amerika koalissiyasının Zəhyan bölgəsinə qarşı cinayətinin qadın və uşaqlara qarşı müharibə olduğunu bildirərək deyib: Beynəlxalq ictimaiyyətin passivliyi, bu təcavüzkar koalissiyanı əlavə cinayət və vəhşilik törətməkdə həyasızlaşdırıb. 

Yəmən qəbiləvi həmrəhlik şurası həmçinin bu ölkə qəbilələri və vətəndaşlarını təcavüzkar Səudiyyə koalissiyası qarşısında birləşməyə çağırıb. 

İsveç, Buliviya, Hollandiya, Peru və Polşa da Sədədə baş verən son hadisələrin araşdırılması üçün BMT TŞ-ni bu gün iclas keçirməyə çağırıblar. 

Aug 10, 2018 11:24 Asia/Baku
Şərhlər