• Sionistlər HƏMAS-ın kibernetik gücündən qorxurlar
    Sionistlər HƏMAS-ın kibernetik gücündən qorxurlar

Sionist rejim bir çox sionistin mobil telefonunun HƏMAS tərəfindən hak edilməsini etiraf edib.

İRİB-in verdiyi məlumata görə, sionist rejimin Kler Skay şirkəti bu gün bildirib ki, Fələstin İslami Müqavimət Hərəkatının bir qrup fəalı bir çox israillinin mobil telefonunu hak ediblər. 

Eyni zamanda sionist Mariv qəzeti yazıb: israillilərin mobil telefonları "təhlükə siqnalları" adlı proqram vasitəsi ilə hak olub. 

Casusluq və informasiya sahəsində fəaliyyət göstərən sionist Klar Skay şirkətinin bildirdiyinə görə, HƏMAS hərəkatı çərşənbə günündən başlayan raket hücumları ilə eyni zamanda bu kibenetik hücumları həyata keçirib. 

Sionist rejim 2006-ci ildən bəri Qəzzə sakinlərinin HƏMAS-a dəstək verdiklərini bəhanə edərək bu bölgəni mühasirədə sazlayır. Bu müddət ərzində sionist rejim əsassız bəhanələrlə Qəzzə zolağını hədəfə alıb və bu hücumlar nəticəsində minlərlə fələstinli şəhid olub yaxud yaralanıb. 

Teqlər

Aug 10, 2018 20:24 Asia/Baku
Şərhlər