• İraqda virtual fəzada İrana dəstək
    İraqda virtual fəzada İrana dəstək

İraqda sosial şəbəkələrin istifadəçiləri Tvitterdə müxtəlif haştaqlardan istifadə edərək İran xalqı ilə həmrəyliklərini elan ediblər.

ABŞ prezidenti Donald Tramp son günlər İrana qarşı qeyri-qanuni sanksiyaların icrası barədə fərman imzaladı. 

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Tvitter şəbəkəsinin iraqlı istifadəçiləri müxtəlif haştaqlardan istifadə edərək Amerika sanksiyaları qarşısında İrana dəstək olduqlarını bildiriblər və " İran#" və " İran xalqı ilə həmrəylik#" haştaqları İraqın virtual fəzasında Tvitterin trendləri sırasına daxil olub. 

İraqlı istifadəçilər Tehranın bu ölkəni çətin durumlarda o sıradan terrorizm ilə müharibə şəraitində himayə etdiyini xatırladır və ABŞ-ın sanksiyalarına qarşı İranın kənarında durmağı vacib hesab edirlər. 

İraqda sosial şəbəkə fəallarının tvittlərində deyilir: Amerikanın İrana qarşı hərəkətləri islami, insani prinsiplərə , dinc yanaşı münasibətlərə və bütün beynəlxalq qanular və müqavilələrə zidddir. 

Yəmənin Bəs partiyası da bir bəyanat yayaraq İran dövləti və xalqı ilə həmrəyliyini elan etmiş və İranın hegemoniyaya qarşı mövqeyinin alqışa layiq olduğunu bildirmişdi. 

Teqlər

Aug 10, 2018 20:24 Asia/Baku
Şərhlər