• Yəmənli qüvvələr Səudiyyə Ərəbistanının cənubunu raketlə hədəfə alıblar
    Yəmənli qüvvələr Səudiyyə Ərəbistanının cənubunu raketlə hədəfə alıblar

Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi Səudiyyə Ərəbistanının Əsir vilayətinin Zəhran bölgəsində yerləşən hərbi bazasını bir ədəd ballestik raketlə hədəfə alıb.

İRNA-nın verdiyi məlumata görə, bu hücum Səudiyyə Ərəbistanının Yəmənin Sədə vilayətinə raket hücumunda məktəbliləri daşıyan bir ədəd avtobusu hədəfə almasından bir gün sonra həyata keçir. Həmin hücumda 55 uşaq öldü, 80 məktəbli də yaralandı. 

Eyni zamanda Əl-Məsirə telekanalı bildirib ki, Səudiyyə qırıcı təyyarələrinin Yəmənin Əl-Hədidə vilayətinin Əddərihəmi rayonuna qarşı hücumunda bir neçə mülki ölüb və yaralanıb. 

Səudiyyə Ərəbistanı Amerika və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavcüzə başlayıb və bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıb. 

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı təcavüzü 14 mindən çox yəmənlinin ölümü, on minlərlə yəmənlinin yaralanması və milyonlarla adamın didərgin düşməsi ilə nəticələnib. 

Teqlər

Aug 10, 2018 20:26 Asia/Baku
Şərhlər