• Suriya səmasında bir təcavüzkar hədəf məhv edilib

Suriyanın hava hücumundan müdafiə qüvvələri bu gün səhər tezdən Rif-Dəməşq vilayətinin səmasında bir təcavüzkar hədəfi məhv ediblər.

Suriyanın hava hücumundan müdafiə qüvvələri avqustun üçündə də Dəməşqin ətrafında sionist rejimin üç raketi və iki pilotsuz üçan aparatını məhv etmişdilər.

Sionist rejim son həftələr Suriyaya qarşı hücumlarını şiddətləndiribdir. Bu rejim Suriyada terrorçuların məğlubiyyətindən olduqca nigarandır.

Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məsləhətləri və Rusiyanın dəstəyi ilə İŞİD terror qrupunun bu ölkədəki işini bitirə bilibdir. Digər terror qrupları da məğlub olmaqdadırlar. 

Aug 11, 2018 08:47 Asia/Baku
Şərhlər