• Suriyanın İdlib vilayətində partlayış
    Suriyanın İdlib vilayətində partlayış

Suriyanın İdlib vilayətinin şimalında silah-sursat anbarında baş verən partlayışda ən azı 39 nəfər ölüb və onlarla adam itkin düşüb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, partlayış bu gün Sərməda qəsəbəsində baş verib. 

Partlayış o qədər güclü olub ki, iki yaşayış binası da tamamiylə dağılıb. 

Binalar Hums vilayətindən qovulan terrorçuların yaşadığı mənzillərdən ibarət olub və binanın zirzəmisi silah sursat anbarı kimi istifadə olunurmuş. 

Suriyanın şimal qərbində Türkiyə sərhədləri yaxınlığında yerləşən İdliv vilayəti tamamiylə terrorçuların nəzarətindədir. 

Aug 12, 2018 20:38 Asia/Baku
Şərhlər