Aug 17, 2018 11:51 Asia/Baku
  • BƏƏ Yəmən cinayətlərində məsuliyyət daşıyır
    BƏƏ Yəmən cinayətlərində məsuliyyət daşıyır

Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri Yəmənin bəzi bölgələrində işkəncələr və insanların yoxa çıxmasında məsuliyyət daşıyır.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Beynəlxalq Amnistiya Təşkilatı bildirib ki, BƏƏ və digər əməliyyat qüvvələri Yəmənin bəzi bölgələrində insanların işkəncə edilməsi və yoxa çıxmasında məsuliyyət daşıyırlar. 

Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları və bir neçə ölkənin dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib, bu ölkəni hava, quru və dənizdən mühasirəyə alıb. 

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə müharibəsi, 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Yəmən xalqının müqaviməti nəticəsində isə təcavcüzkarlar nəzərdə tutduqları məqsədlərə nail ola bilməyiblər. 

Teqlər

Şərhlər