Aug 17, 2018 19:50 Asia/Baku
  • Minlərlə fələstinli Məscidül-Əqsada namaz qılıb
    Minlərlə fələstinli Məscidül-Əqsada namaz qılıb

Minlərlə fələstinli sionistlərin gücləndirilmiş təhülkəsizlik tədbirlərinə baxmayaraq camaat namazını Məscidül-Əqsada qılıb.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin Əl-Yəum bildirib ki, sionist hərbçilər bu gün səhər Məscidül-Əqsanın ətrafında güclü təhlükəsizlik tədbirləri həyata keçiriblər. 

Fələstin vətəndaşları cümə namazından sonra davamlı olaraq 21-ci həftə üçün  "qayıdış haqqı" yürüşlərində iştirak edirlər. 

Digər tərəfdən sionist qəsəbə sakinləri sionist rejim hərbçilərinin dəstəyi ilə İordan çayının qərb sahilində Nablos şəhərini vəhşi hücumlara məruz qoyublar. 

Qəsəbə sakinləri Nablosda fələstinlilərin tarlalarını da məhv ediblər. 

Başqa məlumata görə, Fələstin İslami Cihad Hərəkatının rəhbər üzvlərindən olan Xalid Əl-Bətş Qəzzə zolağında atəşkəs rejiminin təsbit edilməsi üçün bazar gününədək Qahirədə siyasi müzakirələrin davam etdiriləcəyindən xəbər verib. 

Əl-Bətş deyib: Bu müzakirələr Qəzzə zolağında atəşkəsin təsbit edilməsi məqsədini güdür. Həmin atəşkəs razılaşması 2014-cü ildə tənzimlənib. 

O deyib: Bu razılaşma yekunlaşarsa Qəzzə zolağının mühasirəsinə son qoyulmasını vurğulayır. 

Teqlər

Şərhlər