• Sionistlər tərəfindən fələstinlilərin həbsi davam edir

Sionist rejim hərbçiləri qərb sahilninin müxtəlif məntəqələrinə hücum edərək, ittihamı bildirilmədən 16 fələstinlini həbs ediblər.

Sionist rejim hərbçilərinin fələstinlilərə hücumu ilə, onların bir qrupu, o sıradan bir azad olunmuş əsir həbs olunubdur.

Sionist rejim hərbçiləri hər gün müxtəlif bəhanələrlə fələstinlilərin qərb sahilindəki mənzillərinə basqın edirlər. Rəsmi statistikalara görə, 300-ü uşaq olmaqla 6500 fələstinli sionist rejim məhbəslərində saxlanılır.

Digər bir xəbərə görə, cari milad ilinin əvvəlindən bəri 28 mindən çox sionist hərbçi və sionist qəsəbə sakini Məsciduləqsa-ya qarşı təcavüzkar hərəkət törədib.

Sionistlərin Məsciduləqsa-ya qarşı gündəlik basqını bu müqəddəs məkanı Qüdsün islami və xristian mahiyyətini aradan götürmək və onu sionist simvolları ilə əvəz etmək üçün sionist hərbçilər və sionist qəsəbə sakinlərinin cövlangahına çeviribdir.

Teqlər

Aug 30, 2018 16:25 Asia/Baku
Şərhlər