• Hənyə: Sionist rejimi heç vaxt rəsmən tanımayacağıq

Fələstin İslami Müqavimət Hərəkatının siyasi bürosunun sədri deyib: Qəzzə zolağı sionist rejimin casusluq təşkilatı(ŞABAK) ilə əhatəli hərbi-təhlükəsizlik savaşına daxil olub.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, İsmayıl Hənyə bu gün deyib: HƏMAS sionist rejimi heçvaxt rəsmən tanımayacaq və onunla saziş imzalamayacaq.

Hənyə deyib: Fələstinlilər heçvaxt öz torpaqlarının bir qarışına belə göz yummayacaqlar , ona görə ki, Qüds fələstinlilərə aiddir və fələstinlilər əsrin sövdələşməsi adlı amerikan planın icra etməsinə heçvaxt imkan verməyəcəklər.

Əsrin sazişi planına görə, Qüds sionist rejimə təhvil verilir və fələstinli didərginlər öz doğma yurdlarına qayıtmaq haqqından məhrum ediləcək və sadəcə İordan çayının qərb sahilinin qalan hissəsi və Qəzzə zolağı fələstinlilərə veriləcək.

Teqlər

Sep 06, 2018 19:58 Asia/Baku
Şərhlər