Dünən cümə Qayıdış Haqqı yürüşünün 24-cü həftəsində sionist rejim hərbçilərinin atəş açması nəticəsində yaralanan 16 yaşlı fələstinli gənc bu gün yarasının ağırlığı üzündən şəhid olub.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Fələstinlilərin böyük "Qayıdış Haqqı" yürüşünün 24-cü cüməsi "Tramp! Sənin istəyinin əksinə olaraq qayıdırıq" şüarı ilə keçirilib. Dünənki yürüşlərdə İsrail hərbçilərinin fələstinlilərə qarşı güc tətbiq etməsi 300-dən çox insanın  yaralanmasına və 2 nəfərin də şəhid olmasına səbəb olub. 

Fələstinlilərin böyük Qayıdış Haqqı yürüşünə 30 mart 2018-ci il tarixində start verilib. Fələstinli didərginlərin öz doğma torpaqlarına qayıdış haqqına təkidin edilməsi və Qəzzənin mühasirəsinə son qoyulması "Qayıdış Haqqı" yürüşünün başlıca tələbləridir. 

Fələstinin Səhiyyə Nazirliyi indiyə kimi Qayıdış Haqqı yürüşlərində 180-dən çox fələstinlinin şəhid olduğunu, 18 min nəfərin isə xəsarət aldığını bildirib. 

Sep 08, 2018 19:05 Asia/Baku
Şərhlər