• Minlərlə fələstinli ABŞ əleyhinə yürüşdə iştirak edib
    Minlərlə fələstinli ABŞ əleyhinə yürüşdə iştirak edib

Minlərlə fələstinli Ramallahda aksiya təşkil edərək, ABŞ-ın Fələstinli Didərginlərə Yardım və Məşğulluq Agentliyi ANROA-ya yardımlarını dayandırmasını qınayıb.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, fələstinli yürüş iştirakçıları əllərində plakatlar, ABŞ əleyhinə şüarlar səsləndiriblər. 

Amerikada çıxan "Ual Strit Jurnal" qəzeti də dünən yazıb: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisinin rəsmən bağlandığını elan edərək, ABŞ-ın İsrailə olan dəstəyinin davam edəcəyini bildirib. 

ANROA 1949-cu ilin dekabrında BMT Baş Assambleyasının qətnaməsi əsasında fələstinli didərginlərə yardım və onları işlə təmin etmək məqsədilə yaradılıb. 

Sep 11, 2018 16:39 Asia/Baku
Şərhlər