• Ramallahda yürüş
    Ramallahda yürüş

Tramp administrasiyasının Fələstinli Didərginlərə Yardım və Məşğulluq Agentliyi ANROA-ya maliyyə yardımlarını dayandırması və Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisini bağlaması fələstinliləri xeyli qəzəbləndirib. Qərb Sahili və Qüdsdə aksiyalar təşkil edən fələstinlilər ABŞ-ın düşmənçiliklərini qınayıbalr.

Fələstinlilər müxtəlif yürüşlər təşkil edərək, ABŞ-ın Fələstinli Didərginlərə Yardım və Məşğulluq Agentliyi AVROA-ya maliyyə yardımlarını dayandırmasına və işğal edilmiş Qüdsdəki xəstəxanalara 20 milyon dollarlıq yardımı kəsməsinə etiraz ediblər. ABŞ isə Fələstin xalqına qarşı düşmənçiliklərinin davamında Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisini bağlayıb.

Aksiya iştirakçılarından biri deyir: “Amerika Fələstin məsələsini birdəfəlik olaraq gündəmdən çıxartmağa, Fələstin xalqını fakt qarşısında qoymağa və Ərəb ölkələrinin İsrail ilə əlaqələrini normallaşdırmağa çalışır.”

 

Fələstinlilər Tramp və ABŞ hökumətinin qərarlarının onları qəzəbləndirdiyini elan edərək, Amerikanı Fələstin məsələsinin ən böyük düşməni adlandırıblar. Ərəb ölkələri xarici işlər nazirlərinin Misirdə bir araya gəlməsi ilə bir vaxtda Qərb Sahilində və Qüdsdə fələstinlilərin geniş aksiyaları keçirilib. Əllərində Fələstin və ANROA-nın bayraqlarını daşıyan aksiya iştirakçıları dünya ictimaiyyəti və beynəlxalq dairələri ABŞ-ın fələstinlilərə qarşı düşmənçilikləri qarşısında dayanmağa çağırıblar.

 

Aksiya iştirakçıalrından biri deyir: “Bizim bütün problemlərimizə görə Amerika məsuliyyət daşıyır. Amerika ANROA-ya olan yardımlarını dayandırıb. Bizim, torpaqlarımızı azad etməkdən başqa çarəmiz yoxdur. Və bu bizim qayıdış açarımızdır.”

Fələstinlilər bu günkü yürüşlərdə ABŞ hökumətinin siyasətlərinə qarşı öz qəzəb və etirazlarını bəyan edərək, mübarizədən əl çəkməyəcəklərini bildiriblər.

 

 

Teqlər

Sep 11, 2018 18:07 Asia/Baku
Şərhlər