• Bəsrənin icra başçısına həbs verilib
    Bəsrənin icra başçısına həbs verilib

İraq mediyaları dünən Bəsrə icra başçısına qarşı həbs hökmünün çıxarılmasından xəbər veriblər.

İRİB-in verdiyi məlumata görə, iraqlı mediyalar bildiriblər ki, ölkənin məhkəmə aparatı dünən Bəsrə icra başçısı Əsəd Əl-Eydaninin həbs edilməsi hökmünü verib. Bu hökm İraqın daxil işlər nazirinin və Bəsrə şəhər polisinin keçmiş rəisinin şikayəti ilə çıxarılıb.

Bəsrə şəhəri son günlər iğtişaşların şahidi olmuşdur. Bu iğtişaşlarda bir neçə etirazçı sakin və təhlükəsizlik qüvvəsi ölüb və yaralanıb. 

Ötən cümə günü iğtişaşlar əsnasında düşmənin nüfuz etdiyi adamları və aksiyaçılar sırasına daxil olan fürsətçil ünsürlər təxribatçı hərəkətlərə əl atıblar və İran İslam Respubliasının Bəsrədəki konsulluq binasını yandırıblar. 

İraqın xarici işlər naziri İran xalqına müraciətdə Bəsrədə iğtişaşçıların məqsədinin İran və İraq xalqlarının əlaqələrində təxribat törətmək olduğunu bildirmişdi. 

Sep 14, 2018 09:19 Asia/Baku
Şərhlər