• UNICEF: Yəmən uşqlar üçün cəhənnəmdir
    UNICEF: Yəmən uşqlar üçün cəhənnəmdir

BMT Uşaq Fondu UNICEF bildirib ki, Yəmən uşaqlar üçün cəhənnəmə çevrilib.

Əl-Cərirə telekanalının verdiyi məlumata görə, UNICEF bir hesabatda bildirib ki, 11 milyondan çox yəmənli uşaq ərzaq çatışmazlığı, xəsətlik və didərginliklə üz-üzədir. 

Britaniyanın " Uşaqları xilas edin" qeyri hökumət təşkilatı da 4 milyondan çox yəmənli uşağın aclıq və ölüm təhlükəsi ilə üz-üzə olduğu barədə xəbərdarlıq edib və Əl-Hüdəydə limanında hərbi əməliyyatların milyonlarla yəmənli uşağa qida maddələrinin çatdırılmasını mümkünsüz etdiyini bildirib. 

Təcavüzkar Səudiyyə koalisiyası 13 iyunda Yəmənin qərbində Əl-Hüdəydə limanını işğal etmək üçün geniş hücumlara başlayıb. 

Əl-Hüdəydə limanı Yəmənə hümanitar yardımların çatdırılması üçün ən əsas limandır. 

Teqlər

Sep 14, 2018 10:35 Asia/Baku
Şərhlər