• Ənsarullah: Əl-Hüdeydənin işğalına imkan verməyəcəyik
    Ənsarullah: Əl-Hüdeydənin işğalına imkan verməyəcəyik

Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü təcavüzkar Səudiyyə koalisiyasının Yəmənə hücumlarının şiddətlənməsinə toxunaraq deyib: Səudiyyə təcavüzkarlarına Əl-Hüdeydəni işğal icazəsi verməyəcəyik.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Əli Əl-Qəhum deyib: 13 iyundan Əl-Hüdəydəyə hücumlara başlamış Səudiyyə koalissiyası hələ də şəhərə və qərb sahil xəttinə doğru irəliləyə bilməyib. 

Əl-Qəhum deyib: Yəmən xalqı BMT-yə arxalanmır , Yəmən xalqı öz ölkəsini müdafiə üçün orduya və Ənsarullaha arxalanır. 

Digər tərəfdən BƏƏ-nin xarici işlər üzrə məsləhətçi naziri Ənvər Qərqaş son günlər ərzində onlarla mülkinin qırğını ilə nəticələnən koalisiya qüvvələrinin hərbi əməliyyatlarını yüksək qiymətləndirib. 

Teqlər

Sep 14, 2018 18:22 Asia/Baku
Şərhlər