Sep 16, 2018 21:47 Asia/Baku
  • Sionistlər Məscidül-Əqsaya hücum ediblər
    Sionistlər Məscidül-Əqsaya hücum ediblər

Onlarla sionist qəsəbə sakini Məscidül-Əqsaya hörmətsizlik ediblər.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, bu gün 157 sionist qəsəbə sakini 28 xaxamla birlikdə sionist rejim hərbçilərinin dəstəyi ilə Babül-Muğaribə qapısından Məscidül-Əqsaya giriblər və məscidin ərazisində veyləniblər.

Digər tərəfdən Qəzzənin blokadasının ləğv edilməsi üzrə Milli Hərəkat Komitəsi Qəzzə limanından şimal sərhədlərə doğru 8-ci dəniz yürüşü keçirmək qərarından xəbər verib. Bu yürüş sabah keçiriləcək və onun mesajı bundan ibarətdir ki, vasitəçilər Qəzzənin blokadasını yarmaq üçün əməli addımlar atmalıdırlar.  

Teqlər

Şərhlər