Sep 19, 2018 13:01 Asia/Baku
  • 5 milyon yəmənli uşaq aclıq təhlükəsi ilə üz-üzədir
    5 milyon yəmənli uşaq aclıq təhlükəsi ilə üz-üzədir

Uşaqların xilası fondu ən azı 5 milyon yəmənli uşağın aclıq təhlükəsi ilə üz-üzə olduğunu bildirib.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Uşaqların xilası fondu bildirib ki, Əl-Hüdəydə limanının bağlanması ilə 5 milyon 200 min yəmənli uşaq qıtlıq və aclıq təhlükəsi ilə üz-üzədir. 

Sözü gedən fondun rəhbəri Hele Turninq Şmit də deyib ki, milyonlarla yəmənli uşaq növbəti yemək vaxtını bilmir və acınacaqlı durumdadırlar. 

Şmit deyib: Bu müharibə yəmənli uşaqların bir nəslinin tam məhv olması ilə nəticələnə bilər. 

BMT-nin uşaqları müdafiə fondu YUNİSEF də bir hesabatda Səudiyyə rejimi və onun müttəfiqlərinin Yəmənə qarşı hərbi hücumlarının  və bu ölkənin mühasirəsinin davam etməsinin mənfi nəticələri barədə xəbərdarlıq edərək bildirmişdi ki, 11 milyondan çox yəmənli qida çatışmazlığı, xəstəlik və didərginliklə üz-üzədir. 

Səudiyyə Ərəbistanı ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə 2015-ci il mart ayında Yəmənə qarşı hərbi təcavüzə start verdi və eyni zamanda bu ölkəni quru, dəniz və havadan mühasirəyə aldı. 

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəmənə qarşı hərbi təcavüzü indiyədək 14min yəmənlinin ölümü, on minlərlə adamın yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib. 

Səudiyyə Ərəbistanı və BƏƏ-nin hərbi hücumu həmçinin Yəmənin ərzaq malları və dərman çatışmazlığı ilə üzləşməsinə səbəb olub. 

Teqlər

Şərhlər