• Sionist qəsəbə sakinləri Məscidül-Əqsaya hücum ediblər
    Sionist qəsəbə sakinləri Məscidül-Əqsaya hücum ediblər

Yüzlərlə sionist qəsəbə sakini sionist rejim hərbçilərinin dəstəyi ilə Məscidül-Əqsaya hücum ediblər.

Mehr xəbər agentliyinin bu gün üçün verdiyi məlumata görə, 420 sionist qəsəbə sakini Məscidül-Əqsanın həyətlərinə girərək anti-islam şüarlar səsləndiriblər. 

Cari milad ilində sionist qəsəbə sakinlərinin Məscidül-Əqsaya qarşı hörmətsiz hərəkətləri artıb. 

Bu müqəddəs məkan sionist hərbçilərin və qəsəbə sakinlərinin Beytül-müqəddəsin islami və xristian mentalitetini məhv etmək və onları sionist atributlarla əvəz etmək üçün cövlangahına çevrilib. 

Teqlər

Sep 25, 2018 16:43 Asia/Baku
Şərhlər