• Dünən Qayıdış haqqı yürüşündə 7 fələstinli şəhid olub

Fələstinin Səhiyyə Nazirliyi dünən gecə Qəzzə zolağında qayıdış haqqı yürüşlərinin 27-ci cüməsində 7 fələstinli o sıradan bir uşağın şəhid olması və 507 fələstinlinin yaralanmasından xəbər verib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Fələstini Səhiyyə Nazirliyi bildirib: Yaralılar arasında 35 uşaq, 4 qadın, 4 yardımçı və 2 jurnalist də var.

Qayıdış haqqı yürüşləri 30 mart torqaq günündən bəri hər cümə Qəzzə zolağında keçirilməkdədir. 

Bu günədək bu dinc aksiyalarda 190 fələstinli sionist rejim hərbçilərinin atəşi nəticəsində şəhid olub, 20 mindən çox fələstinli isə yaralanıb. 

Teqlər

Sep 29, 2018 08:31 Asia/Baku
Şərhlər