• İrlandiya: Fələstin on illərlədir ki, dərd və problemlərdən əziyyət çəkir

İrlandiyanın xarici işlər naziri dünən gecə BMT Baş Assambleyasında Amerikanın fələstinli didərginlərə yardım və onların işə düzəldilmələri agentliyi- UNRWA-ya maliyyə yardımlarının dayandırılması ilə bağlı hərəkətini tənqid edərək, deyib ki, Fələstin xalqı on illərlədir ki, dərd və problemlərdən əziyyət çəkir.

Saymon Kovni bildirib ki, İrlandiya UNRWA-nın büdcə çatışmazlığına görə, cari milad ilində bu agentliyə səkkiz milyon dollar məbləğində yardım etmək niyyətindədir.

O, əlavə edib: Yardımları kəsməklə fələstinli didərginlərə qarşı təzyiqi artırmaq olmaz.

ABŞ dövlət departamenti sentyabrın 1-də bu ölkənin UNRWA-ya olan bütün köməklərinin ləğv olunduğunu bildirdi.

Amerika avqustun 24-də də məzlum Fələstin xalqına qarşı düşmənçilik münasibətinin davamında Qəzzə zolağına və İordan çayının Qərb sahilinə 200 milyon dollarlıq köməyini kəsmişdi.

Bu hərkətlər ABŞ prezidenti Donald Trampın "əsrin sövdələşməsi" adlı planla razılaşmaları üçün fələstinlilərə təzyiq göstərmək üzrə siyasətlərinin bir hissəsidir.

Teqlər

Sep 29, 2018 12:22 Asia/Baku
Şərhlər