• Qəzzədə 7 fələstinli şəhid olub-Reportaj

Qəzzədə "Qayıdış haqqı" yürüşünün 27-ci cüməsində sionist hərbçilər tərəfindən 7 fələstinli şəhid edilib.

Fələstinlilərin intensiv səyləri ilə böyük "Qayıdış haqqı" yürüşü davam etməkdədir. Bu yürüş bu cümə "Əl-Əqsa İntifazəsi" şüarı ilə keçirildi və yorulmaz fələstinli gənclər Qəzzə sərhəd məntəqələrində işğalçı hərbçilərlə mübarizə apardılar. Buhəftəki yürüşdə sionistlər tərəfindən bir neçə fələstinli, o sıradan iki uşaq şəhid edilib və 500-ə yaxın nəfər də yaralanıbdır.

Müsahibə: Buraya gəlmiş bütün fələstinlilər əliboş şəkildə vuruşurlar. Sionistlər bizi terrorçu kimi təqdim edirlər, amma özləri terrorçudurlar, çünki bizə atəş açır və beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan bizə qarşı istifadə edirlər.

Müsahibə: Mən "Qayıdış haqqı" yürüşündə yaralanmışam. Yaralanmış fələstinlilərin bir çoxu bu yürüşdə iştirak etməkdə davam edir. Biz Qəzzənin və Qərb sahilinin bütün sakinlərindən istəyirik ki, işğalçılara qarşı qiyam etsinlər.

"Qayıdış haqqı" yürüşünün iştirakçıları Amerikanın və sionistlərin Fələstin amalını aradan götürmək üzrə səylərindən yaxşı agahdırlar və bu fitnələrlə mübarizəyə təkid edirlər.

Müsahibə: Bizim kənarımızda duran bütün ölkələrdən istəyirik ki, öz himayələrini davam etdirsinlər.

Fələstinlilər bilirlər ki, öz hədəfləri yolunda fədakarlıq etməlidirlər. Onlar işğalçılar tərəfindən Qəzzənin mühasirə edilməsinin bitməsinə və öz hüquqlarını geri almalarınadək canfəşanlığa və daha artıq qanlar verməyə hazırdırlar.

Teqlər

Sep 29, 2018 18:56 Asia/Baku
Şərhlər