• Qəzzə zolağında bir qoca şəhid edilib
    Qəzzə zolağında bir qoca şəhid edilib

Qəzzə zolağında fələstinli bir yaşlı kişi sionist rejim hərbçiləri tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, fələstinli İbrahim Əhməd Əruqi dünən Əl-Məğari düşərgəsinin şərqində sionist rejim hərbçiləri tərəfindən şəhid edilib. 

Fələstinli mənbələrin bildirdiklərinə görə, bu fələstinli yaşlı kişi öz mənzilinin qarşısında oturmuşkən sionist rejim hərbçiləri tərəfindən bel nahiyyəsindən hədəfə alınaraq şəhid edilib. 

Dünən həmçinin fələstinli tələbələrlə işğalçı hərbçilər arasında İordan çayının qərb sahilində Ramullahın şimalında baş verən toqquşmalarda onlarla fələstinli yaralanıb. 

Sionist rejim hərbçiləri hər gün müxtəlif bəhanələrlə fələstinliləri şəhid edirlər və yaralayırlar. 

Sionist hərbçilərin təcavüzkar hərəkətləri son vaxtlar Amerikanın hərtərəfli dəstəyi və bəzi ərəb ölkələrinin xəyanətkar düzəlişmələri nəticəsində daha da güclənib. 

Teqlər

Oct 03, 2018 11:10 Asia/Baku
Şərhlər