Oct 03, 2018 14:34 Asia/Baku
  • Bəşar Əsəd Suriyada müharibənin sonunun yaxın olduğunu deyib
    Bəşar Əsəd Suriyada müharibənin sonunun yaxın olduğunu deyib

Suriya prezidenti deyib: Tezliklə terrorizm ilə müharibə sona çataraq bu ölkə özünün keçmişdəki mövqeyinə qayıdacaq.

Suriya prezidenti Bəşar Əsəd Əşşahid qəzetinə verdiyi müsahibədə deyib: Tezliklə böhran sona çataraq Dəməşq ərəb dünyasında prioritet mövqeyini bərpa edəcək. 

Suriya prezidenti ərəb medialarının Amerikan-sionist qurumların ardınca getmələrindən təəssüfləndiyini bildirərək deyib: Bu tərəflər media müharibəsi ilə orta şərq ölkələri xüsusiylə Suriyaya qarşı təxribat aparırlar ki, xalq haqqı batildən seçə bilməsin. 

Bəşar Əsəd Suriyanın cinayətkar terrorçulara qarşı nailiyyətlər və qələbələrinə toxunaraq deyib: Suriya dövləti ölkə ərazilərinin geri alınmasında bir qarışdan belə vaz keçməyəcək. 

Əsəd həmçinin Suriyanın böyük bir hissəsinin terrorçuların işğalından azad edilməsi və suriyalı vətəndaşların təkfirçilər qarşısında mühafizəsinə toxunaraq deyib: Suriyada zavodların fəaliyyətinin başlanması rəsmi Dəməşqin prioritetidir. 

Suriya prezidenti Rusiyanın dost ölkələrin əməkdaşlığı ilə apardığı rola toxunaraq bəzi qərb ölkələrinin Suriyada səfirlik açmağa hazır olduqlarından xəbər verib. 

Öncə də Suriyanın daxili işlər naziri ölkənin bütün yerlərində Terrorizmə qələbəyə təkid edərək demişdi ki, bu gün Suriya bütün terrorçu qrupların məhv etməyə və onların bütün Suriya torpaqlarında köklərini kəsməyə yaxınlaşıb. 

Teqlər

Şərhlər