• Fələstində davamlı və böyük qayıdış yürüşləri-Reportaj

Qəzzə əhalisi illər boyudur ki, əli boş şəkildə sionist rejimin modern silahları qarşısında dayanıb. Onun bir tələbi var; işğalçılar bizim torpaqlarımızdan çıxsınlar!

Qəzzədə böyük qayıdış yürüşləri ilə yanaşı, minlərlə fələstinli Qəzzənin işğal olunmuş Fələstinlə sərhədində yerləşən Beyt-Hanun keçidinə toplaşaraq, sionistlərin Qəzzə sakinlərinə qarşı rasistcəsinə siyasətlərini pisləyibdir. Bu etiraz aksiyasının davamında işğalçılar fələstinli aksiyaçılara tərəf atəş açaraq, bir nəfəri şəhid edib, onlarla nəfəri isə yaralayıblar. Bununla belə, fələstinlilər vurğulayıblar ki, xərci ağır olsa da öz aksiya və etirazlarını davam etdirəcəklər.

Qəzzə sakini deyir: Bütün dünya xalqları bilsinlər ki, bura, bizim diyarımızdır. Trampa deyirik ki, biz müqavimət və yürüşdən əl çəkməyəcəyik, biz daş və roqatka ilə sionistlərlə mübarizə aparırıq, amma onlar qəsdən bizi güllə ilə vururlar.

Fələstin xalqının müxtəlif təbəqələrindən olan fələstinli etirazçılar vurğulayıblar ki, öz hədəflərinə çatanadək və işğalçılar Fələstin xalqının iradəsi qarşısında məğlub olanadək yürüşləri davam etdirəcək və şəhidlərin qanlarının hədər getməsinə icazə verməyəcəklər.

Başqa Qəzzə sakini deyir:  Biz öz torpaqlarımızı istəyirik. İşğalçılar bizim torpaqlarımızdan çıxmalıdırlar. Bütün dünya bilsin ki, biz qaydış yürüşlərini davam etdirəcəyik.

Bu xalq qərara alıb ki, işğalçılarla mübarizədən bir an belə əl çəkməsin, boş əl ilə sionistlərin modern silahları qarşısında dayansın və sübut etsin ki, bu diyarda yaşayış haqqına malikdir.

Teqlər

Oct 04, 2018 17:53 Asia/Baku
Şərhlər