Oct 05, 2018 13:54 Asia/Baku
  • Ərəbistan polisi etirazçı fəhlələrin aksiyasını atəşə tutub

Ərəbistan polisi bu ölkənin şərqində yerləşən Zəhran şəhərindəki bir neft şirkətinin fəhlə və işçilərindən yüzlərlə nəfəri atəşə tutub. Bu şəxslər öz əmək haqlarının ödənilməməsinə etiraz edərək, aksiya keçiribmişlər.

Ərəbistanın Aramko neft şirkətinin tabeliyində olan "İzmil" şirkətinin fəhlə və qulluqçuları öz əmək haqlarının altı aydan çox təxirə salınmasına etiraz edərək, aksiya keçiriblər ki, Ərəbistan polisi etirazçı fəhlə və qulluqçuların aksiyasını atəşə tutubdur.

Twitter istifadəçiləri "İzmil şirkəti işçilərin əmək haqlarının ödənişini təxirə salıbdır" haştaqını işə salaraq, bildiriblər: Ərəbistan Yəmənə qarşı savaş üçün milyardlarla dollar pul xərcləyir, lakin fəhlələrin məvaciblərini vaxtında ödəyə bilmir.

Ərəbistan 2015-ci ilin matrından Yəmənə hücum edib. Ekspertlər bu qənaətdədirlər ki, ən nikbin şəraitdə Yəmən savaşı hər gün Ali-Səud rejimi üçün 200 milyon dollar xərc gətirir.

Ərəbistanın Yəmən xalqına qarşı müharibəsi indiyədək on minlərlə nəfərin ölümünə və yaralanmasına bais olubdur.

Teqlər

Şərhlər