• Suriyanın baş müftisi: Suriyanın qələbəsi Fələstinin qələbəsidir
    Suriyanın baş müftisi: Suriyanın qələbəsi Fələstinin qələbəsidir

Suriyanın baş müftisi şeyx Bədrəddin Həsun deyib: Suriyanın terrorizm üzərində qələbəsi Fələstinin qələbəsidir.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Suriyanın baş müftisi Bədrəddin Həsun Cövlan hündurluklərində Qüneytərə şəhərində etdiyi çıxışında deyib: Suriya düşmənləri elə Qüds və işğal olunmuş ərazilərdə məkirli planlar həyata keçirən Fələstin düşmənləridirlər. 

Suriyanın baş müftisi ölkənin terrorçulardan tam təmizlənilməsinədək mübarizənin davam etməsini vurğulayıb. 

Cövlan hündurlukləri Suriyanın cənub qərbində yerləşən dağlıq ərazilərdir və sionist rejim 1967-ci ildə bu ərazilərin bir hissəsini işğal edib. 

Suriyada böhran 2011-cii ldə Səudiyyə Ərəbistanı, ABŞ və onun müttəfiqlərinin dəstəklədikləri terrorçuların geniş hücumu ilə başlandı və Suriya ordusu və xalqının müqaviməti ilə düşmənlərin məkirli planları nakam qaldı.

Teqlər

Oct 06, 2018 19:50 Asia/Baku
Şərhlər