Oct 07, 2018 17:00 Asia/Baku
  • Sionist qəsəbə sakinlərinin Məsciduləqsaya basqını
    Sionist qəsəbə sakinlərinin Məsciduləqsaya basqını

Yüzdən çox sionist qəsəbə sakini Məsciduləqsanın səhnlərinə daxil olaraq, bu müqəddəs məkana hörmətsizlik edibdir.

Sionist hərbçilərin himayəsi altında olan sionist qəsəbə sakinləri Məsciduləqsaya basqın edərək, bu məsciddə anti-İslam şüarlar veriblər.

Sionist qəsəbə sakinlərinin Məsciduləqsaya basqınının ardınca bəzi mənbələr onlar ilə fələstinli gənclər arasında toqquşmanın baş verməsindən xəbər veriblər.

Sionist qəsəbə sakinlərinin xüsusən son həftələrdə və yəhudi bayramları ilə bir zamanda Məsciduləqsaya təcavüzü nəzərəçarpacaq dərəcədə artıbdır və sionist rejim parlamenti- knesset-in bir qrup üzvü də bu müddətdə bu müqəddəs məkana təcavüz edibdir.

Bundan öncə YUNESKO(UNESCO) ötən ilin oktyabrında bildirdi ki, Məsciduləqsa müsəlmanlara aiddir və yəhudilərlə heç bir əlaqəsi yoxdur.

Teqlər

Şərhlər