• Sionist rejim hərbçiləri hazırlıq vəziyyətinə gətirilib
    Sionist rejim hərbçiləri hazırlıq vəziyyətinə gətirilib

Sionist rejim hərbçiləri bu gün sionist sakinli Borkan qəsəbəsinin ətrafında şiddətli təhlükəsizlik tədbirlərinə başlayıb.

Fələstin informasiya mərkəzinin məlumatına görə, sionist işğalçılar Borkan qəsəbəsində bütün fələstinli fəhlələri iş yerlərinə daxil olarkən axtarıblar. 

Bu hərəkət bu qəsəbədə müqavimət əməliyyatından sonra baş verib. Bazar günü Qüds intifazəsinin başlanmasının 3-cü ildönümü günündə həyata keçirilmiş əməliyyatda iki sionist qəsəbə sakini öldürülüb və bir nəfər yaralanıb . Bu əməliyyatın icraçısı sağ salamat hadisə yerini tərk edə bildi. 

Başqa məlumata görə, yüzdən çox ifratçı qəsəbə sakini bu gün sionist rejim polisinin dəstəyi ilə Məscidül-Əqsaya hörmətsizlik edib. 

Teqlər

Oct 09, 2018 20:19 Asia/Baku
Şərhlər