• İmad Muğniyənin anasının cənazəsi şəhid övladının kənarında torpağa tapşırıldı
    İmad Muğniyənin anasının cənazəsi şəhid övladının kənarında torpağa tapşırıldı

Livan Hizbullahının yüksək səviyyəli hərbi komandanlarından şəhid İmad Muğniyənin anası Aminə Səlamənin cənazəsi çərşənbə axşamı Beyrutun Şəhidlər Xiyabanında oğlunun məzarı kənarında torpağa tapşırılıb.

Əl-Aləm kanalının verdiyi məlumata görə, şəhid İmad Müğniyənin anasının dəfn mərasimində müqavimət qüvvələri və müxtəlif təbəqədən olan insanlar iştirak ediblər. 

Livan Hizbullahı baş katibinin müavini şeyx Nəim Qasım bu mərasimdə etdiyi çıxışda Müğniyənin anasını "Şəhidlərin Anası" deyə xitabə edib və deyib: O, müqavimət yolunun fədakarlığa ehtiyaclı olduğuna inanırdı. 

Şeyx Nəim Qasım daha sonra şəhid İmad Müğniyənin öz yolunu tam agahlıq üzündən seçdiyini deyərək, əlavə edib: Müqavimət Livan torpaqlarının sionist rejimin işğalından azad edilməsi üzrə öz yolundan dönməyəcək. 

Ötən il də şəhid Müğniyənin atası Faiz Müğniyə vəfat etmişdi. 

İmad Müğniyə 2008-ci ildə Dəməşqdə törədilən partlayışda şəhid edilmişdi. Şəhid Müğniyənin qardaşları Cihad və Fuad Müğniyə də daha öncə Livanda şəhid edilmişdilər. 

İmad Müğniyənin oğlu da 2015-ci ildə sionist rejimin Suriyanın Qüneytərə məntəqəsinə olan hücumu zamanı şəhid olub. 

Oct 10, 2018 10:02 Asia/Baku
Şərhlər