• Qaşıqçı işində on beş səudun adı və təsviri hallanır-Reportaj

Ali-Səudu tənqid edən jurnalistin Ərəbistanın Türkiyədəki konsulluğunda yoxa çıxmasından bir həftə sonra bu işlə bağlı on beş nəfərin təsvirinin yayılması bu müəmmanın yeni cəhətlərini göstərir.

Bu müəmmanın qaranlıq cəhətləri hər gün artmaqdadır. Camal Qaşıqçının yoxa çıxması işində ittiham olunan on beş Ərəbistan vətəndaşının adı və təsvirinin yayılması ilə bu macəra daha geniş miqyas alıbdır. Türkiyə mediaları bu şəxslərdən ikisini Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın yaxınları və yüksək dərəcəli təhlükəsizlik məmurları kimi təqdim ediblər. Anatomiya üzrə bir ekspert də bu şəxsləri müşayiət edibdir. Bu onbeşnəfərlik qrup Qaşıqçının Ərəbistanın Türkiyədəki konsulluğuna daxil olmasından sonra Türkiyəyə daxil olub və onun yoxa çıxmasından az sonra İstanbulu tərk edibdir. Hərçənd Qərb mediaları, o sıradan Röyters Ali-Səudu tənqid edən bu jurnalistin qətlə yetirildiyi və cənazəsinin mişar ilə doğrandığı barədə məlumat yayıblar, amma Türkiyə polisi hələ bu məsələni təsdiq etməyibdir. Belə bir halda, Türkiyədəki müxtəlif ictimai qruplar Ərəbistanın konsulluğu önünə toplaşaraq, səud hökumətinin bu hərəkətini pisləyirlər.

Müsahibə: Camal Qaşıqçı məzlum oldu. Həyatını itirməsindən nigaranıq, çünki onun həyatı barədə heç bir məlumat vermirlər və əgər o, işgəncə edilmiş olsa, zalımcasına cinayət və bəşəriyyətə qarşı bir hərəkət olmuş olar.

Türkiyədə medialar və ümumi fikir bu Ərəbistan vətəndaşının onların ölkəsində qətlə yetirilməsi və ya oğurlanmasını bu ölkənin dövləti və xalqına qarşı təhqir hesab edirlər.

Oct 11, 2018 15:38 Asia/Baku
Şərhlər