"Əsqəlan" sionist zindanının xəfiyyə qüvvələri bu məhbəsdəki məhbuslara basqın ediblər.

Fələstinli əsirlər və azadələrin məsələləri üzrə qərargah bu gün bir bəyanatda bildiribdir ki, "Əsqəlan" sionist zindanının xəfiyyə qüvvələri bu məhbəsdəki fələstinli məhbusların özlərini və vəsaitlərini təftiş ediblər.

Fələstinli əsirlər və azadələrin məsələləri üzrə qərargahın bəyanatında deyilir: Sionist rejimin hərbi və siyasi məsul şəxslərinin istəkləri ilə Əsqəlan məhbəsindəki məhbuslara təcavüz, artan bir prosesə çevrilibdir.

Fələstinli əsirlərə dəstək cəmiyyəti də bildiribdir ki, sionist "Nəfhə" və "Cəlbu" zindanlarının müdiriyyəti bir ay bundan öncədən bu zindanlardakı fələstinli əsirlərə qarşı vəhşicəsinə cəza tədbirləri görübdür.

 

Teqlər

Oct 11, 2018 18:53 Asia/Baku
Şərhlər