• Ərəbistanın başçılıq etdiyi koalisiya Yəməndə yenə cinayət törətdi; Durəyhimi xəstəxanası bombardmana məruz qaldı

Yəmənin Səhiyyə Nazirliyi cümə axşamı bir bəyanat yayaraq, Əl-Hudəydə vilayətinin cənubunda yerləşən Durəyhimi xəstəxanasının Ərəbistan tərəfindən bombardman edildiyini bildirib.

İRNA-nın məlumatına görə, Yəmənin Səhiyyə Nazirliyi Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin qırıcı təyyarələri və hərbi gəmilərinin Durəyhimi xəstəxanasını havadan və dənizdən hədəfə alaraq, tamamilə məhv etdiklərindən xəbər verib. 

Yəmənin Səhiyyə Nazirliyi koalisiya qüvvələrinin xilasedicilər və təcili yardım maşınlarının hadisə yerinə yaxınlaşmasına imkan vermədikləri üçün,  Durəyhimi xəstəxanasına edilən hücumda ölən və yaralanan insanların sayını dəqiqləşdirməyin hələ ki, mümkün olmadığını bildirib. 

Ərəbistan qırıcıları cümə 2 oktyabrda da Əl-Hudəydə şəhərində yerləşən Əs-Surə xəstəxanasını bombalamışdılar. Bu hücumda 60 nəfər ölmüş, 100 nəfər isə yaralanmışdı. 

Oct 12, 2018 11:48 Asia/Baku
Şərhlər