Oct 13, 2018 11:29 Asia/Baku
  • Yəmən Ərəbistanın hücumlarının davam etməsini müharibə cinayəti adlandırdı
    Yəmən Ərəbistanın hücumlarının davam etməsini müharibə cinayəti adlandırdı

Yəmənin Milli Qurtuluş Hökumətinin sözçüsü Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə olan hücumlarının davam etməsini və bu ölkənin infrastrukturlarını xüsusilə səhiyyə ocaqları və təcili yardım maşınlarını hədəfə almasını müharibə cinayəti adlandırıb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Yəmənin Milli Qurtuluş Hökumətinin sözçüsü Əbdüssəlam Əli Cabir deyib: Ərəbistanın Yəməni intensiv şəkildə bombalaması Durəyhimi xəstəxanasının, uşaq xəstəxanasının, doğum evinin və çoxlu sayda yaşayış binasının dağıdılması onlarla qadın və uşağın ölməsinə səbəb olub. 

Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın qırıcı təyyarələri və hərbi gəmiləri 11 oktyabrda Durəyhimi xəstəxanasını havadan və dənizdən hədəfə alaraq, xəstəxananı tamamilə dağıdıblar. Təcavüzkarların xilasedicilərin xəstəxanaya yaxınlaşmasına icazə verməmələrinə görə, hadisə qurbanlarının sayını dəqiqləşdirmək mümkün olmayıb. 

Ərəbistan ABŞ və BƏƏ-nin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı geniş hücumlara başlayıb. Yəmənin havadan, sudan və qurudan mühasirədə saxlanılması habelə, intensiv hücumlara məruz qalması ölkəni humanitar faicə ilə üzləşdirib. On minlərlə insan həlak olub, milyonlarla insan evsiz-eşiksiz qalıb. 

Teqlər

Şərhlər