• Səudiyyənin Əlhudəydədəki cinayətlərində tələfat artıb
    Səudiyyənin Əlhudəydədəki cinayətlərində tələfat artıb

Yəmənin səhiyyə nazirliyi dünən gecə bildirib ki, təcavüzkar səud koalisiyası qırıcılarının Yəmənin qərbində yerləşən Əlhudəydə əyalətində yəmənli didərginləri daşıyan avtobuslara qarşı hücumunda həlak olanların sayı 19 nəfərə çatıbdır.

Yəmənin səhiyyə nazirliyi qeyd edibdir ki, bu cinayətdə 30 nəfər yaralanıb.

Yəmənli mənbələr bundan öncə bu cinayət qurbanlarının sayını 17, yaralıların sayını isə 20 nəfər elan etmişdilər.

Yəmənin səhiyyə nazirliyi bildirib ki, səud koalisiyasının qırıcıları məntəqənin səmasında uçmaqda davam edirlər. Onlar yaralılara yardım göstərilməsini əngəlləyirlər.

Təcavüzkar səud koalisiyasının qırıcıları dünən günorta çağı Yəmənin Əlhudəydə əyalətində yerləşən "Cəbəl Rəəs" məntəqəsində yəmənli didərginləri daşıyan iki ədəd avtobusu hədəfə alıblar.

Təcavüzkar səud koalisiyasının qırıcıları avqustun 9-da da Yəmənin Səədə əyalətinin Zəhyan şəhərində yəmənli uşaqları daşıyan avtobusu hədəfə almışdılar. Nəticədə 55 uşaq həlak olmuş, 77 nəfər də yaralanımışdı.

Oct 14, 2018 09:53 Asia/Baku
Şərhlər