• Yəmənlilər altıncı raketi səudların mövqelərinə atıblar
    Yəmənlilər altıncı raketi səudların mövqelərinə atıblar

Yəmən ordusu və xalq komitələri qüvvələrinin raket bölməsi dünən gecə təcavüzkar səud koalisiyasının hücumlarına cavab olaraq, "Bədr-1" tipindən olan bir yerli ballistik raketlə səud hərbçilərinin Ərəbistanın cənubunda yerləşən Əsir əyalətinin Zəhran məntəqəsindəki mövqelərini hədəfə alıbdır.

Bu, şənbə günü səud hərbçilərinin mövqelərini hədəfə alan altıncı yəmənli ballistik raket idi.

Yəmən ordusu dünən axşam da səud muzdurlarının Yəmənin Səna əyalətində yerləşən "9-cu hərib" cəbhəsindəki mövqelərini "Zəlzal-2" raketi ilə hədəfə almışdı.

Bundan öncə Yəmən ordusunun sözçüsü Şərəf Loğman vurğulamışdı ki, təcavüzkarların Yəmənə qarşı təcavüzləri və mühasirələri davam edəcək zamanadək onların mövqeləri və iqtisadi təsisatları yəmənli raketlərin hədəfində olacaqlar.

Oct 14, 2018 09:59 Asia/Baku
Şərhlər