• Kabil hava limanı yaxınlığında partlayış
    Kabil hava limanı yaxınlığında partlayış

İnformasiya mənbələri Kabil beynəlxalq hava limanı və Əfqanıstan daxili işlər nazirliyinin yaxınlığında partlayışın baş verməsindən xəbər veriblər.

Əfqanıstan daxili işlər nazirliyinin sözçüsü Nəcib Daneş deyibdir ki, bu partlayış bu gün səhər yerli vaxtla saat səkkizdə Kabil beynəlxalq hava limanı və Əfqanıstan daxili işlər nazirliyinin yaxınlığında baş verib.

Hələlik partlayışın detalları və ehtimal olunan tələfat haqda məlumat yayılmayıbdır.

Polis qüvvələri partlayış məkanına çıxan şose yolunu bağlayaraq, bir kəsə gediş-gəliş icazəsi vermirlər.

Oct 14, 2018 11:02 Asia/Baku
Şərhlər