Oct 20, 2018 14:35 Asia/Baku
  • Yəmən ordusu əmirliklərin əməliyyat otağını hədəfə alıb
    Yəmən ordusu əmirliklərin əməliyyat otağını hədəfə alıb

Yəmən ordusu və xalq komitələrinin raket və PUA bölməsi əmirliklərin qərb sahilində bu ölkənin əməliyyat otağını hədəfə alıb.

Yəmənin ordusu və xalq komitələri bu ölkənin Marəb əyalətinin Sərvah rayonunun Hilan məntəqəsinin yaxınlığında səud koalisiyasının tabeliyində olan ünsürlərin mövqelərinə qarşı bir neçə əməliyyatda da təcavüzkarları insan tələfatına və maliyyə xəsarətlərinə məruz qoyublar.

Digər bir xəbərə görə, Yəmən Ali İnqilab Komitəsinin sədri Muhəmməd Əli Əlhusi twitter-də bu ölkə xalqının çətin durumuna toxunaraq, yazıb: Dünya ölkələri, amili, Amerikanın himayəsilə həyata keçirilən Ərəbistanın və müttəfiqlərinin təcavüzü olan Yəmən xalqının aclığı qarşısında məsuliyyət daşıyırlar.

BMT-nin Ümumdünya Ərzaq Proqramının Yəməndəki bürosunun müdiri Stefan Andersonun sözlərinə görə, on iki milyon yəmənli "qıtlıq" təhlükəsi qarşısında durur.

Teqlər

Şərhlər