• İsrail hərbçiləri Əl-Xəlildə bir fələstinlini güllələyərək, şəhid ediblər
    İsrail hərbçiləri Əl-Xəlildə bir fələstinlini güllələyərək, şəhid ediblər

İranlı bir gənc Əl-Xəlil şəhərinin mərkəzində, İbrahimi hərəminin yaxınlığında İsrail hərbçilərinin atəş açması nəticəsində şhid olub.

İRİB-nin verdiyi məlumata görə, İsrail hərbçiləri çərşənbə axşamı fələstinli bir gəncin soyuq silah ilə İsrail hərbçilərindən birinə hücum etmək istədiyini iddia edərək, ona tərəf atəş açıb və şəhid ediblər.

Bir başqa məlumata görə, İsrail hərbçiləri Qələndiya yoxlama buraxılış məntəqəsində bir qrup fələstinlinin mallarını əllərindən alıblar.

İsrail hərbçiləri hər gün müxtəlif bəhanələrlə Qərb Sahilində fələstinlilərə hücum edir və onları incidirlər.

Teqlər

Oct 23, 2018 21:30 Asia/Baku
Şərhlər