• Sionist rejim qırıcıları Qəzzəni bombalayıblar

Sionist rejim qırıcıları bu gün səhər tezdən Qəzzə zolağını raket hücumları hədəfinə çeviriblər.

Fələstinli mənbələr bildiriblər ki, sionist rejim qırıcıları fələstinli müqavimət qüvvələrinin Qəzzə zolağının şimalı və cənubundakı mövqelərini bombalayıblar.

Hələ bu hücumların tələfatı və xəsarətləri barədə bir məlumat yayılmayıbdır.

Sionist rejimin pilotsuz uçan aparatları da dünən axşamçağı Qəzzə zolağının cənubunu raket hücumları hədəfinə çevirmişdilər.

Sionist rejim ötən ilin dekabrından bəri Qəzzə zolağına qarşı hava hücumlarının yeni dövrünə başlayıbdır.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fəlsətinli şəhid olub və yaralanıbdır.

Teqlər

Oct 25, 2018 11:01 Asia/Baku
Şərhlər