• Sionist rejim Qəzzəyə hava hücumu həyata keçirib
    Sionist rejim Qəzzəyə hava hücumu həyata keçirib

Sionist rejimin bir ədəd Pilotsuz Uçan Aparatı bu gün Qəzzə zolağının mərkəzində bir qrup fələstinli gənci hədəfə alıb.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, sionist rejimin PUA-sı Əl-Bric düşərgəsinin şərqində fələstinli gənclərin toplaşdığı yeri bir ədəd raketlə hədəfə alıb. 

Ehtimal edilən insan tələfatı barədə hələlik məlumat yayılmayıb. 

Fələstinli qaynaqlar bu gün səhər də bildiriblər ki, sionist rejimin bir ədəd PUA-nın Rəfəh səmasına daxil olmasından sonra partlayış səsi eşidilib. 

Sionist rejimin hərbi təyyarələri və PUA-ları son günlərdə Qəzzə zolağını dəfələrlə  raketlə  hədəfə alıblar. 

Teqlər

Oct 31, 2018 20:14 Asia/Baku
Şərhlər