• İsrail ordusu Qərb Sahilinə hücum edib

İsrail hərbçiləri İordan çayının qərb sahilinə hücum edərək, bir qrup fələstinlini əsir alıblar.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, İsrail hərbçilərinin Tulkərm, Cənin, Nablos, Qilqiliya və Ramallaha olan hücumlarında 10 fələstinli həbs olunub. 

Bu məlumata görə, İsrail hərbçilərinin İordan çayının qərb sahilinə hücumu fələstinlilər ilə işğalçılar arasında toqquşmaya səbəb olub. 

İsrail hərbçiləri hər gün Qərb Sahilinə basqın edərək, fələstinliləri həbs edirlər. Bu hücumlarda məqsəd 7 oktyabrda Bürkan qəsəbəsində sionistlərə qarşı hücum əməliyyatını həyata keçirmiş Əşrəf Nəalvəni həbs etməkdir. Bu əməliyyatda 2 sionist ölmüş, daha bir nəfər isə yaralanmışdı. 

İsrail hərbçilərinin bu fələstinli gənci həbs edə bilməməsi böyük rüsvayçılığa çevrilib. İsrailin daxili təhlükəsizlik müşavirinin sabiq müavini Çarlz Verliç isə bu kimi əməliyyatların təkrarlanmaması üçün İsrailin birtərəfli şəkildə Qərb Sahilindn geri çəkilməsini təklif edib. 

Teqlər

Nov 01, 2018 17:31 Asia/Baku
Şərhlər